Devid Bekhem Burak Yılmazı istəyir

11:43 - 28 Aprel 2021

"Lill"in hücumçusu Burak Yılmaz karyerasını ABŞ-da davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, 35 yaşlı hücumçu ilə İngiltərə millisinin keçmiş üzvü Devid Bekhemin sahibi olduğu "Mayami İnter" klubu yaxından maraqlanır. Bundan əlavə, "Nyu-York Siti" və "Los-Anceles Qalaksi" klubları da təcrübəli forvarda maraq göstərir.

 

Devid Bekhem "Lill"də göstəridiyi performansa görə, Burak Yılmazın transferini ciddi düşünür.

 

Türkiyə millisinin üzvü bu mövsüm keçirdiyi 29 oyunda 14 qol vurub, 5 məhsuldar ötürmə edib.

Xəbər xətti