Azad Rəhimovun vəziyyəti ağırlaşdı

ABŞ-da müalicə alan gənclər və idman naziri Azad Rəhimovun vəziyyəti ağırlaşıb. 

 

Sportal.az xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumat verib. O bildirib ki, nazirin vəfat etdiyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir. Lakin hazırda Rəhimovun vəziyyəti ağır qiymətləndirilir. 

 

Azad Rəhimov ABŞ-da ağciyər xərçəngi və qaraciyər serrozundan müalicə olunur. 56 yaşlı nazir yanvar ayında müalicə olunmaq üçün ABŞ-a yollanıb. O, 8 aydır ki, səlahiyyətlərini yerinə yetirə bilmir. (Qafqazinfo)

Tarix: 28 Aprel [13:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio