PFL komanda sayını azaldır

14:14 - 28 Aprel 2021

Fransa I Liqasında mübarizə aparan komandaların sayı azaldıla bilər.

 

Sportal.az əbər verir ki, Fransa Peşəkar Futbol Liqası çempionatda 18 komandanın mübarizə aparmasının tərəfdarıdır. Bununla bağlı Klublar Komitəsinin iclası keçirilib. İclasda hətta bəzi klublar 16 komandalı çempionatın keçirilməsini istəyiblər.

 

Klublar sıx qrafik səbəbindən komanda sayının azaldılmasını istəyirlər. Əgər qərar qəbul edilsə, 2023/24 mövsümündən I Liqada 18 komanda yarışacaq.

 

Hazırda Liqa 1-də 20 klub mübarizə aparır.

Xəbər xətti