Ardıcıl 3-cü dəfə Çexiya çempionu oldu

16:16 - 3 May 2021

Çexiya Super Liqasında 2020/2021 mövsümünün qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, “Slaviya” 30-cu turda “Viktoriya”nı 5:1 hesabı ilə məğlub edərək sona 4 tur qalmış çempion olub.

 

Praqa təmsilçisi ardıcıl 3-cü dəfə ölkə çempionu olub. Komanda ümumilikdə 7-ci dəfə Çexiya çempionluğunu qazanıb.

Xəbər xətti