"Sabah"ın məşqçisi və "Sumqayıt"ın futbolçusu cəzalandı

16:49 - 5 May 2021

AFFA İntizam Komitəsinin iclası keçirilib.


Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

 

Premyer Liqanın XXV turunun “Səbail” – “Qəbələ” oyununda “Qəbələ” klubunun 77 nömrəli futbolçusu Merab Qiqauri ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur;

 

XXV turun “Sumqayıt” – “Sabah” oyununda “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

 

“Sumqayıt” klubunun 5 nömrəli futbolçusu Cəmaləddin Xocaniyazov “aqressiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur;

 

Premyer Liqanın XXIV turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun rəsmi şəxsi Miloş Jevtic təhqiredici hərəkətə görə qırımızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanır, klub 4000 manat cərimələnir (araşdırma bitmişdir).

Xəbər xətti