Pro kateqoriyalı məşqçi kursu başlayıb - FOTOLAR

21:36 - 6 May 2021

AFFA-nın Futbol Mərkəzindəki “Dalğa Arena”da UEFA-nın Pro kateqoriyalı məşqçi kursunun 1-ci moduluna start verilib.

 

Sportal.az xəbər verir ki, Aslan Kərimovun rəhbərlik etdiyi kursda "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev, onun "Keşlə"dəki həmkarı Sənan Qurbanov, həmçinin "Neftçi"nin sabiq çalışdırıcısı Füzuli Məmmədov da iştirak edir.

 

I modulun növbəti mərhələsi 20 - 22 may tarixlərində keçiriləcək.

 

Xəbər xətti