FIFA 4 azərbaycanlı futbolçuya pul ödəyəcək

17:01 - 12 May 2021

FIFA klubundan maaşını ala bilməyən futbolçulara 5 milyon ABŞ dolları ayırıb.

 

Sportal.az xəbər verir ki, bu məbləğ FIFA-nın futbolçular fonduna müraciəti qəbul olunan 1005 oyunçuya veriləcək. Həmin oyunçuların adları açıqlanmayıb.

 

Dünyanın 36 ölkəsini təmsil edən futbolçular arasında 4 azərbaycanlı oyunçu var.

 

Bunlar 2015-ci ilin iyulundan 2020-ci ilin iyununa qədər olan 5 illik müddətdə zərərçəkən futbolçulardır.

Xəbər xətti