"Dinamo"dan "qızıl dubl"

00:25 - 14 May 2021

Ukrayna kubokunda 2020/21 mövsümünün qalibi bəlli olub.
 

Sportal.az xəbər verir ki, finalda Kiyev “Dinamo”su ilə “Zarya” komandaları qarşılaşıb. Matçın əsas vaxtında qapılara qol vurulmayıb. Əlavə vaxtda 1 qol vuran “Dinamo” 1:0 hesablı qələbə qazanıb. Kiyev təmsilçisi bu qələbə ilə Ukrayna kubokunun sahibi olub.
 

Mirça Luçeskunun rəhbərlik etdiyi komanda bu mövsüm Premyer Liqanı da qalib başa vurub.

 

Xəbər xətti