Məğlubiyyətsiz çempion

19:44 - 15 May 2021

Şotlandiya Çempionşipində  sonuncu - 38-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, çempionluğunu rəsmiləşdirən "Reyncers" evdə "Aberdin"ə 4:0 hesabı ilə qalib gəlib Bununla da Stiven Cerrardın rəhbərlik etdiyi komanda mövsümü məğlubiyyətsiz başa vurub.

 

Qlazqo təmsilçisi keçirdiyi 38 qarşılaşmanın 32-də qalib gəlib, 6-da heç-heçə edib.

 

Daha öncə bu uğura 2016/17 mövsümünün qalibi olmuş "Seltik" imza atmışdı.

Xəbər xətti