Suares Uruqvay millisindən gedəcəyi vaxtı açıqladı

13:43 - 16 May 2021

"Atletiko"nun hücumçusu Luis Suares Uruqvay millisindəki karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 34 yaşlı futbolçu DÇ-2022-dən sonra millidən gedəcəyini deyib. O, gənc oyunçulara yol açmaq üçün bu qərarı verib.

 

Suares Uruqvay millisində keçirdiyi 116 oyunda 63 qol vurub.

Xəbər xətti