Yunanıstan kubokunun qalibi müəyyənləşdi

17:17 - 23 May 2021

Yunanıstan kubokunun qalibi məlum olub.

 

Sportal.az xəbər verir ki, həlledici matçda “Olimpiakos”la PAOK üz-üzə gəlib. Görüş PAOK-un 2:1 hesablı qələbəsiylə başa çatıb.

 

Saloniki təmsilçisi klub tarixində 8-ci dəfə ölkə kubokunu qazanıb.

 

Bu mövsüm Yunanıstan Super Liqasını "Olimpiakos" qazanıb.

Xəbər xətti