UEFA Konfrans Liqasının kubokunu təqdim etdi

16:58 - 24 May 2021

2021/22 mövsümündən ilk dəfə keçiriləcək Konfrans Liqasının kuboku təqdim olunub.

 

Sportal.az xəbər verir ki, UEFA 3-cü dərəcəli klub turnirinin kubokunun təqdimat mərasimini keçirib.

 

Titulun hündürlüyü 57,5 sm, çəkisi 11 kq-dır. Kubokun 32 altıgüşəli hissədən ibarət olması qrupdakı iştirakçı sayını göstərir.

 

Azərbaycanı bu turnirdə "Qarabağ"la "Sumqayıt"ın təmsil edəcəyi dəqiqləşib.

 

Image

Xəbər xətti