UEFA prezidenti Aleksand Çeferin qurumun yeni yaratdığı 3-cü klub turniri - Konfrans Liqası barədə danışıb.
Sportal.az xəbər verir ki, sloveniyalı funksioner bunları söyləyib:
"Turnirlərimizi daha əhatəli etmək, klublara və azarkeşlərə xəyal qurmaq və Avropa kubokları uğrunda mübarizə aparmaq imkanı vermək istəyirik. Bu səbəbdən Konfrans Liqasını yaratdıq. UEFA 55 milli assosiasiyadan ibarətdir və bizim üçün mümkün qədər müxtəlif ölkədən olan klublara Avropadakı performanslarının müddətini uzatmaq şansı vermək vacibdir".
Azərbaycanı Konfrans Liqasında "Qarabağ", "Keşlə" və "Sumqayıt" klbuları təmsil edəcəklər.
saytlarin hazirlanmasi