Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanan klub nə qədər mükafat qazanacaq?

11:04 - 25 May 2021

UEFA Konfrans Liqasının mükafatlarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, turnirin qrup mərhələsinə vəsiqə qazanan hər klub 2,94 milyon avro qazanacaq.

 

Qrup mərhələsində hər qələbəyə görə 500 min avro, heç-heçəyə görə 166 min avro veriləcək. Qrup liderləri əlavə 650 min avro qazanacaq. Qrup ikincilərinə 325 min avro, 1/16 finala çıxanlara 300 min avro, 1/8 finala vəsiqə qazananlara 600 min avro ödəniləcək.

 

Təsnifat mərhələsinin mükafat fondu açıqlanmayıb.

 

Qeyd edək ki, Azərbaycanı 2021/2022 mövsümündə Konfrans Liqasında "Qarabağ", "Sumqayıt" və "Keşlə" klubları təmsil edəcək.

Xəbər xətti