Futbolda 5 əvəzetmə qaydasının vaxtı uzadıldı

17:41 - 29 May 2021

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (IFAB) 5 əvəzetmə qaydası ilə bağlı qərarda dəyişiklik edib.

 

Sportal.az xəbər verir ki, koronavirus pandemiyası ilə bağlı tətbiq olunan qaydanın istifadə müddəti 2022-ci ilin sonuna qədər uzadılıb.

 

5 əvəzetmə qaydası ötən ilin mayından koronavirus pandemiyası səbəbindən tətbiq edilməyə başlamışdı. Qərarın bundan əvvəlki istifadə müddəti bu ilin sonuna qədər idi.

Xəbər xətti