Anri yenidən Belçika millisində

08:08 - 31 May 2021

Fransa millisinin keçmiş futbolçusu Tyerri Anri yenidən Belçika millisində çalışacaq.

 

Sportal.az xəbər verir ki, 43 yaşlı mütəxəssis baş məşqçi Roberto Martinezin köməkçisi olacaq.

 

Əfsanəvi veteran futbolçu 2016-2018-ci illərdə də Belçika millisində məşqçi kimi çalışıb. O, 2018-ci ildə "Monako" klubuna keçmiş, qısa müddət sonra istefaya göndərilmişdi.

 

Anri 2019-cu ildə Kanadanın “Monreal İmpakt” klubunu da qısa müddətdə çalışdırıb.

Xəbər xətti