Macarıstanın "Ferentsvaroş" klubunun baş məşqçisi Sergey Rebrov postundan gedib.
Sportal.az xəbər verir ki, ukraynalı mütəxəssis öz istəyilə komandadan ayrılıb.
47 yaşlı mütəxəssis 2018-ci ildən Budapeşt təmsilçisini çalışdırırdı. O, bundan sonra Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Əyn" klubunun baş məşqçisi olacaq. 3 illik müqavilə imzalayan Rebrovun mövsümlük maaşı 3,5 milyon avro olacaq.
"Ferentsvaroş" son Macarıstan çempionudur. Komanda ötən mövsüm Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparmışdı.
saytlarin hazirlanmasi