Roberto Bordin: "Azərbaycan millisi yaxşı oynayır"

16:31 - 5 İyun 2021

Moldova millininin baş məşqçisi Roberto Bordin sabah Azərbaycan yığmasına qarşı keçirəcəkləri yoldaşlıq oyunu haqqında danışıb.

 

Sportal.az xəbər verir ki, o, görüşdən əvvəl təşkil olunan mətbuat konfransında deyib:

 

"Son vaxtlar özünü yaxşı tərəfdən göstərən rəqibə qarşı vacib oyuna çıxacağıq. Baş məşqçiləri Canni De Byazinin isə zəngin təcrübəsi var. Bizim üçün çətin oyun olacaq. Amma yolumuza davam etməyə çalışmalıyıq. Rəqibi analiz etmək üçün vaxtımız olub. Bu komanda hazırda yaxşı oynayır. Portuqaliya, Qətər və Türkiyə kimi yığmalarla mübarizə aparıblar. Yaxşı komandadı. Biz bu gün son məşqdən sonra start heyətə və hansı taktika ilə oynayacağımıza qərar verəcəyik".

 

İyunun 6-da Kişinyovda keçiriləcək Moldova - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti