“Ümid edirəm ki, Azərbaycanla oyunda müsbət nəticə əldə edəcəyik”

17:41 - 5 İyun 2021

Moldova millisinin futbolçusu Vadim Ratse Azərbaycanla qarşılaşacaqları yoxlama oyunundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi, sabah keçiriləcək oyunla bağlı bunları deyib:

 

“Bu oyun psixoloji baxımdan bizim üçün vacibdir. Yaxşı nəticəyə ehtiyacımız var. Son vaxtlar uğursuz çıxış edirik. Mübarizə aparıb, ən yaxşı nəticəni əldə etməliyik. Düşünürəm ki, böyük istəklə meydana çıxmalıyıq. Rəqibimizin güclü və zəif tərəflərini öyrənəcəyik. Ümid edirəm ki, Azərbaycanla oyunda müsbət nəticə əldə edəcəyik. Bu, bizim üçün çox vacibdir”.

 

Sabah Kişinyovda keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti