"Boka Xuniors"un futbolçusu Karlos Teves komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu ailə məsələlərinə görə bu addımı atıb:
“Bir oğul olaraq anamın yanında olmalıyam. Atam üç ay əvvəl vəfat etdi. Mən anama ata, oğul və qardaş olmaq istəyirəm. İndi düşüncələrim yalnız bununla bağlıdır. Bu anın heç vaxt gəlməyəcəyini düşünürdüm, amma klubdan ayrıldığımı elan etməliyəm. Hələ də oynasam, bu, "Boka Xuniors" olmayacaq".
Argentina millisinin keçmiş üzvü 2018-ci ilin qışından "Boka Xuniors"da oynayırdı.
saytlarin hazirlanmasi