Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 3 idmançısı mübarizəyə başlayacaq. Kişilərin yarışında Nicat Şıxəlizadə və Orxan Səfərov (hər ikisi 66 kq), qadınlardan isə Gültac Məmmədəliyeva (52 kq) tatami üzərinə çıxacaq.
Şıxəlizadənin ilk rəqibi Lyütsian Dumitreski (Rumıniya) olacaq. Səfərov mübarizəyə İrlandiya təmsilçisi Natan Bernsə qarşı görüşlə start verəcək.
Məmmədəliyeva isə ilk qarşılaşmasında Tatyana Levitska - Şukvani (Gürcüstan) ilə üz-üzə gələcək.
Yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.
saytlarin hazirlanmasi