"Ferentsvaroş"un yeni baş məşqçisi

16:16 - 7 İyun 2021

Macarıstan çempionu "Ferentsvaroş"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "yaşıl qartallar"ı bundan sonra Peter Ştöqer çalışdıracaq. Almaniyalı mütəxəssis bu vəzifədə Sergey Rebrovu əvəz edib.

 

Avstriyalı mütəxəssis son olaraq "Austriya" (Vyana) klubunda baş məşqçi olub. 55 yaşlı mütəxəssis "Rapid", "Admira", LASK, "Köln", "Borussiya" (Dortmund) kimi klubları da çalışdırıb.

Xəbər xətti