Cüdoçularımız bu gün medalsız qaldı

22:43 - 7 İyun 2021

Orxan Səfərov (66 kq) Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb.

 

Sportal.az xəbər verir ki, 66 kq-da yarışan idmançı rusiyalı Yaqub Şamilovla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Səfərov 5-ci yeri tutub.

 

Bu gün tatamiyə çıxan digər cüdoçularımızdan Nicat Şıxəlizadə 1-ci mərhələdə, Gültac Məmmədəliyeva isə 2-ci mərhələdə məğlub olub.

Xəbər xətti