Daha 4 cüdoçumuz mübarizəyə başlayır

09:30 - 8 İyun 2021

Budapeştdə keçirilən cüdo üzrə dünya çempionatı davam edir. 

 

Sportal.az xəbər verir ki, bu gün Azərbaycanın daha 4 idmançısı mübarizəyə başlayacaq. Onların hamısı kişilərin yarışında çıxış edəcək.

 

73 kq çəki dərəcəsindəki Hidayət Heydərov 1/32 finalda mozambikli Ayton Siquirlə, Nurlan Osmanov isveçli Tommi Masiasla üz-üzə gələcək.

 

81 kq çəkidə yer alan Zelim Tçkayev 1/64 finalda qabonlu Terense Kuamba ilə, Murad Fətiyev 1/32 finalda yeni zelandiyalı Elliott Konnolli ilə qarşılaşacaq.

 

Daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) isə 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 7-cidir.

Xəbər xətti