Məmmədyarovdan qələbə, Rəcəbovdan heç-heçə

21:21 - 9 İyun 2021

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti oyunlarına çıxıblar.

 

Sportal.az xəbər verir ki, Şəhriyar Məmmədyarov 5-ci turda qara fiqurlarla Konstantin Lupuleskuya (Rumıniya) qalib gəlib. Teymur Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka ilə heç-heçə edib.

 

Buxarestdə keçirilən turnirdə 5 turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.

Xəbər xətti