UEFA Latviyanın "Ventspils" klubunu 7 il cəzalandırıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb klubun rüşvət və qanunsuzluqlarda ittiham olunmasıdır. UEFA Etik Komitəsi komandanın 2027/28 mövsümünə qədər avrokuboklarda çıxış etməyəcəyini açıqlayıb.

 

Qərara əsasən, klubun sədri Adlan Şişxanov ömürlük, Nikolas Cakins isə 4 illik futboldan uzaqlaşdırılıb.