Elmar Qasımov mübarizəyə başlayır

Budapeştdə keçirilən dünya çempionatında daha bir cüdoçumuz mübarizəyə qoşulub.

 

Sportal.az xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində Elmar Qasımov tatami üzərinə çıxacaq. O, onaltıdabir finalda türkiyəli Mert Şişmanlar və gürcüstanlı İliya Sulamanidze qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

 

Bundan əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzvləri Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) isə beşinci pillədə qərarlaşıblar. Hazırda Azərbaycan millisi komanda hesabında 16-cı sıradadır.

 

Tokio Olimpiadasına lisenziya xarakterli yarışa Azərbaycan 12 cüdoçu ilə qatılıb. Dünya çempionatına iyunun 13-də yekun vurulacaq.

Tarix: 11 İyun [12:34]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 İyun 2021
18  İyun 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio