Elmar medalsız qaldı

15:00 - 11 İyun 2021

Bu gün Azərbaycanın daha bir cüdoçusu Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizəyə qoşulub.

 

Sportal.az xəbər verir ki, kişilərin yarışında 100 kq çəki dərəcəsində Elmar Qasımov tatamiyə çıxıb.

 

O, 1/16 finalda İliya Sulamanidzeyə (Gürcüstan) uduzaraq yarışla erkən vidalaşıb.

 

Daha əvvəl Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb, Orxan Səfərov (66 kq) və Hidayət Heydərov (73 kq) 5-ci yeri tutub. Hazırda Azərbaycan ümumi hesabda 16-cı yerdədir.

Xəbər xətti