Məmmədyarov Aronyanı məğlub etdi, liderliyini qorudu

12:54 - 12 İyun 2021

Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları “Grand Chess Tour” şahmat seriyasının birinci mərhələsinin altıncı turunun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Rumıniyada keçirilən turnirin növbəti turunda Şəhriyar Məmmədyarov ermənistanlı Levon Aronyanla üz-üzə gəlib. Şahmatçımız rəqibini məğlub edib.

 

Teymur Rəcəbov isə yerli idmançı Boqdan-Daniel Dyakla heç-heçə edib. Turun digər oyunlarında Rumıniyanın daha bir təmsilçisi Konstantin Lupulesku Aleksandr Qrişuka (Rusiya) məğlub olub. ABŞ təmsilçisi Uesli Sonun niderlandlı Aniş Giri ilə oyunu davam edir. Onun həmyerlisi Fabiano Karuana isə fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə oynayıb.

 

Məmmədyarov 4 xalla turnir cədvəlində Qrişukla ilk iki pilləni bölüşür. Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Xəbər xətti