Zabit Səmədov rinqə qayıdışını qələbə ilə qeyd etdi - VİDEO

12:45 - 13 İyun 2021

Azərbaycanın məşhur kikboksçusu və qarışıq döyüş növləri (MMA) ustası Zabit Səmədov iki illik fasilədən sonra rinqə qayıdıb.

 

Sportal.az xəbər verir ki, "Mauqli" ləqəbli idmançı Belarusda keçirilən qarşılaşmada niderlandı Olutobi Ayodeji Kelejaye ilə döyüşüb.

 

Zabit Səmədov "Quduz it" ləqəbli rəqibini ikinci raundda nokauta salaraq qalib gəlib.

 

Xəbər xətti