Azərbaycan karateçiləri Tokio Yay Olimpiya Oyunlarına vəsiqələrin sayını üçə çatdırıblar.
Sportal.az xəbər verir ki, Rafael Ağayev (-75 kq) və İrina Zaretskanın (+61 kq) ardından, Parisdə olimpiya lisenziyalı son turnirdə Firdovsi Fərzəliyev (-67 kq) bürünc medalla yanaşı olimpiadaya lisenziyaya da sahib olub.
Paris olimpiya təsnifat turnirində digər idmançılardan İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), Asiman Qurbanlı (+75 kq), Roman Heydərov və Neda Rezai (hər ikisi kata) isə medalçılar və olimpiada iştirakçıları arasına düşə bilməyiblər.
Tokio 2020-nin iştirakçılarından ilk 40 idmançının adları Dünya Karate Federasiyasının (WKF) rəsmi yarışlarında xüsusi olimpiya reytinqinin ilk 4 pilləsi ilə təyin edilib. Daha 24 idmançı Fransanın paytaxtında xüsusi olimpiya lisenziya turnirində vəsiqə qazanıb. 12 əlavə olimpiya vəsiqəsi isə müvafiq olaraq qitə nümayəndəliklərinə veriləcək. Qalan 4 karateçiyə olimpiya vəsiqələri Üçtərəfli komissiyanın dəvəti ilə veriləcək.
Tokio 2020 Olimpiadasında 80 karateçi yarışacaq, onlardan 60 nəfəri kumitedə, 20 idmançı isə kata çıxışlarında mübarizə aparacaq. Tokio Olimpiadasının karate yarışları 5-7 Avqustda Nippon Budokan mərkəzində keçiriləcək.
saytlarin hazirlanmasi