Şəhriyar Məmmədyarov Buxarestdəki turnirin qalibi oldu

17:30 - 14 İyun 2021

Şəhriyar Məmmədyarov Buxarestdə keçirilən “Superbet Chess Classic” turnirinin qalibi olub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı şahmatçımız yarışın sonuncu turunda fransalı Maksim Vaşye-Laqrav ilə heç-heçə edib. Bununla da xal ehtiyatını 6-ya çatdıran Şəhriyar Məmmədyarov bütün rəqiblərini geridə qoyaraq turnirin qalibi adını qazanıb.

 

Azərbaycanın digər təmsilçisi Teymur Rəcəbov isə sonuncu turda Ermənistan şahmatçısı Levon Aronyan ilə heç-heçə edib. Teymur Rəcəbov turniri 4,5 xalla başa vurub.

Xəbər xətti