Şimali Makedoniya millisinin əfsanəvi futbolçusu Qoran Pandev yığmada vida oyununa çıxacaq.
Sportal.az xəbər verir ki, 37 yaşlı hücumçu AÇ-2020-nin qrup mərhələsinin 3-cü turunda Niderlandla matçda son dəfə millinin formasını geyinəcək. O, bu barədə açıqlama verib:
"Bu, mənim üçün milli komandanın formasıdakı son matçdır. Düşünürəm ki, bu, milli komanda ilə vidalaşmaq üçün uyğun andır".
Pandev 2001-ci ildən Şimali Makedoniya yığmasında çıxış edir. O, yığmada keçirdiyi 121 oyunda 38 qol vurub.
saytlarin hazirlanmasi