"Neftçi"nin potensial rəqibi Brumanı yola saldı

14:45 - 27 İyun 2021

“Neftçi”nin Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki potensial rəqibi “Olimpiakos” bir futbolçu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, Afina təmsilçisi PSV-dən icarəyə götürdüyü Brumanı geri göndərib. Yunanıstan çempionu portuqaliyalı vingerin transfer hüququna yiyələnməyi lazım bilməyib.

 

26 yaşlı futbolçunun satı alma şərti 6,7 milyon avro idi. Bir zamanlar "Sportinq", "Qalatasaray", "Real Sosyedad", "Leyptsiq" kimi klublarda oynamış Bruma ötən mövsüm keçirdiyi 37 matçda 9 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

Xəbər xətti