Ramos PSJ-yə keçir

22:51 - 1 İyul 2021

"Real"dan ayrılan Serxio Ramosun yeni klubu böyük ölçüdə müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı futbolçu karyerasını PSJ-də davam etdirməyə yaxındır. Onun agenti və qardaşı Rene Ramos Paris təmsilçisi ilə son danışıqları aparmaq üçün Fransaya yollanıb.

 

Ramos 2005-ci ildən Madrid klubunda çıxış edirdi.

Xəbər xətti