Argentina finalda Braziliyaya rəqib oldu - VİDEO

09:44 - 7 İyul 2021

Kopa Amerikada 2-ci finalçı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, yarımfinalda Kolumbiya və Argentina yığmaları qarşılaşıblar. Oyunun əsas və əlavə vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

Penaltitlər seriyasında qalib olan Argentina finala adlayıb. "Tanqoçular" həlledici matçda Braziliya ilə qarşılaşacaq. Görüş iyulun 11-i Bakı vaxtı ilə 04:00-da baş tutacaq.

 

Argentina - Kolumbiya - 1:1 (pen. 3:2)

Qollar: Martines, 7 - Dias, 61

 

Xəbər xətti