Fələstindən "Barseona"ya sərt etiraz

22:10 - 8 İyul 2021

Fələstin Futbol Federasiyası "Barselona"nın İsrailin "Beytar" klubu ilə yoldaşlıq oyunu keçirməsinə etiraz edib.

 

Sportal.az xəbər verir ki, buna səbəb qarşılaşmanın Fələstinin İsrailin işğalı altında olan Qüdsdə keçirilməsinin planlaşdırılmasıdır.

 

Məlumatda oyunun keçiriləcəyi stadionun ərazisinin vaxtıilə "El-Məhlə" adlandırıldığı və burada yaşayan fələstinlilərin zorla çıxarıldığı qeyd edilib. Fələstin Futbol Federasiyası "Barselona"nı matçı başqa şəhərdə keçirməyə çağırıb.

 

"Beytar" klubunun azarkeşləri dünyanın ən irqçi tərəfdarları hesab edilir. Müsəlmanlara və xüsusilə də ərəblərə böyük nifrət bəsləyirlər. Bu səbəbdən "Beytar" hazırdada müsəlman və ərəb futbolçusu olmayan yeganə İsrail klubudur.

 

"Beytar" - "Barselona" oyunu avqustun 4-nə planlaşdırılıb.

Xəbər xətti