Roberto Martines millidə qalır

23:10 - 8 İyul 2021

Belçika millisinin baş məşqçisi Roberto Martines gələcək taleyinə aydınlıq gətirib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis yığmada qalacağını deyib:

 

"Əgər komandaya fayda verməyəcəyimi düşünsəydim, ilk addımı atacaq şəxs olacaqdım. Avropa çempionatının 1/4 finalında İtaliyaya uduzmağımız böyük məyusluq yaratdı. Ancaq mən indidən dünya çempionatının seçmə mərhələ oyunlarına hazırlaşıram. Əgər fayda verə bilməyəcəyimi düşünsəm, yığmadan ayrılacağam".

 

47 yaşlı mütəxəssis 2016-cı ildən Belçika millisinin baş məşqçisidir.

Xəbər xətti