Kopa Amerikanın qalibi olan Argentina millisinin kapitanı Lionel Messi açıqlama verib.
Sportal.az xəbər verir ki, 34 yaşlı hücumçu böyük uğur qazandıqlarını deyib:
"Milli komandanın gələcəyi olduğunu deyirdim və yanılmadım. Çempion ola biləcəyimizi göstərirdik. Hansı hissləri keçirdiyimi ifadə etməyim mümkünsüzdür. Sonuncu dəfə keçirilən Kopa Amerikadan sonra çox gücləndik. Şikayət etməyən və irəli baxan komanda olduq. Dəfələrlə arzusnda olduğu kuboku qazanmaq möhtəşəm hissdir və bu, müqayisəedilməzdir.
Sıradan oyun deyildi. Finalda Braziliya kimi komandaya qalib gəldik. Millidə həmişə titul qazanmağa yaxın olurdum, amma sonra işlər tərs gedirdi.Tanrıya bu zəfəri yaşatdığı üçün minnətdaram".
saytlarin hazirlanmasi