Uruqvaylı futbolçu 38 yaşında intihar etdi

18:48 - 19 İyul 2021

Uruqvayın ikinci liqasında çıxış edən “Vilya-Teresa” klubunun futbolçusu Uilyams Martines intihar edib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı müdafiəçinin intihar etməsinin səbəbi qeyri-məlumdur.

 

Martines Fransada “Reyms”, “Valensyen”, İngiltərədə “Vest Bromviç” kimi klublarda çıxış edib, Uruqvay millisində 1 oyun keçirib.

Xəbər xətti