Fransa Super kubokunun PSJ - Lill matçı İsrailin paytaxtı Təl-Əvivdə baş tutub.
Sportal.az xəbər verir ki, "Blumfild" stadionunda baş tutan qarşılaşmada "Lill" 1:0 hesabı ilə qalib gəlib və titula sahib çıxıb. Bu görüşdə PSJ-nin yeni transferi Əşrəf hakimini yerli azarkeşlər firə basıblar.
Mərakeş millisinin üzvü topa hər dəfə toxunarkən bu halla rastlaşıb. Buna səbəb isə 22 yaşlı müdafiəçinin hər zaman sosial hesablarında Fələstinə dəstək mesajları yazmasıdır. O, son dəfə İsrailin hava hücumları zamanı fələstinlilərə dəstək olmuşdu.
saytlarin hazirlanmasi