Murat Yakın millinin baş məşqçisi oldu

21:43 - 8 Avqust 2021

İsveçrə millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İsveçrə mediası komandanı bundan sonra Murat Yakının çalışdıracağını yazıb. Onun əsas köməkçisi qardaşı Hakan Yakın olacaq.

 

Murat Yakın bu postda Fransanın "Bordo" klubuna yollanan Vladimir Petkoviçi əvəzləyib. Federasiya tezliklə rəsmi açıqlama yayacaq.

 

46 yaşlı mütəxəssis son olaraq İsveçrənin "Şaffhauzen" klubunu çalışdırıb. O, daha öncə "Sun", Lüsern", "Bazel" "Spartak" (Moskva), "Qrasshoppers", "Sion" kimi klubların baş məşqçisi olub. Murat Yakın 1994-2004-cü illərdə İsveçrə millisində çıxış edib.

Xəbər xətti