“Qarabağ”ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Aberdin” (Şotlandiya) ev oyunlarını keçirdiyi “Pittodri” stadionunu vaksinasiya mərkəzinə çevirib.
Sportal.az xəbər verir ki, bu gündən etibarən stadionda koronavirusa qarşı peyvəndləmə olacaq.
“Aberdin” “Qarabağ”la ilk matçını avqustun 19-da Bakıda keçirəcək. Komandalar arasındakı cavab oyunu avqustun 26-da “Pittodri” stadionunda baş tutacaq.
saytlarin hazirlanmasi