"Ev oyunlarımızda izdiham olmayacaq" - "Qarabağ"ın rəqibinin baş məşqçisi

00:32 - 28 Avqust 2021

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Bazel"in baş məşqçisi Patrik Rahmen püşkü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 52 yaşlı mütəxəssis ev oyunlarına kifayət qədər azarkeşin gəlməyəcəyini deyib:

 

"Qrupda cazibəli və tanınmış klubların olmadığı üçün təəssüflənirəm. Şübhəsiz ki, ev oyunlarımızda izdiham olmayacaq. Səfərlərimiz də uzun keçəcək. Bu səbəbdən çempionat matçlarında çətinlik yarana bilər. Məqsədimiz avrokuboklarda irəliləmək olmalıdır".

 

"Qarabağ" H qrupunda "Bazel" (İsveçrə), "Kayrat" (Qazaxıstan) və "Omoniya"ya (Kipr) qarşı mübarizə aparacaq.

Xəbər xətti