Tiaqo Silvanın Ramos qısqanclığı: "İçimdə bir hüzn var"

13:40 - 28 Avqust 2021

PSJ-nin sabiq futbolçusu Tiaqo Silva maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, braziliyalı müdafiəçi Paris təmsilçisinin Serxio Ramosu transfer etməsi haqda danışıb. 35 yaşlı ispaniyalı ilə 2 illik müqavilə imzalanmasına toxunan Silva eyni yaşda olarkən PSJ-nin onunla yollarını ayırmasının özünə qarşı haqsızlıq olduğunu bildirib:

 

"Serxio Ramosa qarşı mənfi heç bir hissim yoxdu. Ancaq ona 2 illik müqavilə təklif etdikləri vaxtda mənimlə eyni yaşda idi. Bu, məni həqiqətən kədərləndirdi. Hələ ki, heç kəslə bu mövzuda danışmamışam. Özümü bu klub üçün heç nə etməmiş kimi hiss etdim.

 

PSJ-dən ayrılmağım bağlanmış bir dəftərdi. Amma eyni zamanda baş verən hər şey haqqında çox düşünürəm. Başqa cür davaranıla bilərdi. Çünki, PSJ-də keçirdiyim 8 gün və ya 8 ay deyildi. Bir çox zəfərlərin yer aldığı 8 il idi.

 

PSJ-nin hər zaman qələbələr qazanmağını istəyirəm. Bu klub sevgiyə və sayğıya layiqdi. Ancaq işlərin gedişatına baxanda içimdə bir hüzn var".

 

Qeyd edək ki, Tiaqo Silva 2012-2020-ci illərdə PSJ-də çıxış edib. Paris təmsilçisi ötən il 36 yaşlı müdafiəçi ilə yollarını ayırmışdı.

Xəbər xətti