"ÇL-ni qazanaq, "Real"a gələn il gedərsən" - Messidən Mbappeyə

19:19 - 29 Avqust 2021

PSJ-nin futbolçusu Kilian Mbappenin komandadakı gələcəyi hələ də qeyri-müəyyəndir.

 

Sportal.az xəbər verir ki, belə bir vaxtda 22 yaşlı hücumçu sosial şəbəkə hesabında çaşdırıcı paylaşım edib. Fransa millisinin üzvü komandanın yeni transferi Lionel Messi ilə məşq fotosunu paylaşıb.

 

Fransa mətbuatında yer alan məlumata əsasən, Messi Mbappe ilə söhbət edib və daha bir il komandada qalmasını istəyib: "Bu il komandada qal, birlikdə Çempionlar Liqasını qazanaq. Gələn il "Real"a gedərsən".

 

Digər məlumata görə, "Real" Mbappenin transferini bitirmək üçün hələ ki anlaşma əldə etməyib. Paris təmsilçisinin baş məşqçisi Maurisio Poçettino Kilian Mbappenin komandadan ayrılmaq istəyinin olmadığını bildirmişdi.

Xəbər xətti