"Olimpiakos"un futbolçusu 17 yaşlı qıza təcavüz etməkdə günahlandırılır

20:20 - 30 Avqust 2021

"Olimpiakos"un müdafiəçisi Ruben Semedu saxlanılıb. 

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futbolçu 17 yaşlı qıza təcavüz etməkdə ittiham olunur. Yenitetmə qız polisə müraciət edərək barda tanış olduğu futbolçunun təcavüzünə məruz qaldığını bildirib.

 

Yunanıstan mətbuatının məlumatına əsasən, 27 yaşlı futbolçu gənc qızı evinə aparıb və agenti ilə birlikdə onu zorlayıblar.

 

Semedunun spirtli içkinin təsiri altında bu hərəkəti etdiyi bildirilir. Hazırda futbolçu polis nəzarətindədir.

Xəbər xətti