UEFA Belqraddakı irqçiliyə görə intizam işi açdı

10:55 - 31 Avqust 2021

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Partizan" - "Santa-Klara" cavab matçında baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb matçda irqçilik qalmaqalı olub. Qonaqların braziliyalı hücumçusu Allano meydanı tərk edərkən yerli azarkeşlər meymun səsi çıxarıblar. Bu səbəbdən futbolçu 4-cü hakimə müraciət edib. Serbiyalı fanatların irqçi davranışına görə matç 2 dəqiqəlik dayanıb.

 

Serbiya təmsilçisi "Partizan" Portuqaliya klubunu 3:2 hesabı ilə məğlub edərək qrupa yüksəlib.

Xəbər xətti