Fransa millisinin heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, hücumçu Kilian Mbappe sıradan çıxıb. 23 yaşlı forvard DÇ-2022-nin seçmə mərhələsinin IV turunda Bosniya və Herseqovina (1:1) ilə oyunda zədələnib.
Mbappe bu gün tibbi yoxlanışdan keçəcək. Həkimlərin rəyindən sonra onun qarşıdakı Ukrayna və Finlandiya ilə görüşlərdə iştirak edib-etməyəcəcyi bəlli olacaq.
saytlarin hazirlanmasi