UEFA-nın prezidenti Aleksandr Çeferin dünya çempionatının iki ildən bir keçirilməsi təklifinə münasibət bildirib.
Sportal.az xəbər verir ki, sloveniyalı funksioner bunun reallaşacağı təqdirdə, mundialın maraqsızlaşacağını deyib:
"Dünya çempionatının dəyəri onun dörd ildən bir keçirilməsidir. Əgər yarış iki ildən bir təşkil olunsa, maraq azalar".
Bundan öncə FIFA-nın turniri iki ildən bir keçirmək üçün çalışdığı iddia edilmişdi.
saytlarin hazirlanmasi